Türkiyənin Adana şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 06:30-da başlayan yanğın qısa müddətdə yaxınlıqdakı fabriklərə də keçib.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.
Getdikcə şiddətlənən alovun söndürülməsinə helikopterlər də cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da, ümumilikdə 18 müəsisəyə zərər dəydiyi bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
