Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonu sahillərində 37 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayvacık sahillərində bir qrup miqrantı daşıyan rezin qayığın hərəkət etməsi barədə Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığına məlumat daxil olunub.
Sahil Mühafizə gəmisi tərəfindən dayandırılan rezin qayıqda olan 37 miqrant müəyyən edilib.
Qayıqdan endirilən əcnəbilər Ayvacık Əcnəbiləri Geri Göndərmə Mərkəzinə təhvil verilib.
Şəbnəm Mehdizadə
