ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində itən 25 yaşlı şəxs xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Çarlz Qreqori adlı gəncin Atlantik Okeanında qayıqla üzərkən itkin düşdüyü bildirilib. Havadan və sudan aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Qreqori içərisinə su dolmuş qayıqda xilas edilib. Əməliyyatların təxminən 35 saat davam etdiyi qeyd olunub. Xilasetmə əməliyyatları Sahil Mühafizəsi tərəfindən lentə alınıb.

Şəbnəm Mehdizadə
