Məzmuna keç

Türkiyə-Suriya sərhədində PKK terrorçusu saxlanılıb

Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girməyə cəhd edən 2 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat verib.

“Şanlıurfada fəaliyyət göstərən Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçməyə çalışan 2 nəfəri yaxalayıb. Araşdırmalar nəticəsində saxlanılan şəxslərdən 1-nin PKK/KCK/PYD terror təşkilatının üzvü olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə