Türkiyənin Kırklareli şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən miqrantlar saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığının 28 iyul-3 avqust tarixlərində qanunsuz miqrantlara qarşı keçirdiyi əməliyyatlar çərçivəsində 241 qeyri-qanuni miqrant yaxalanıb.
Həmçinin miqrant qaçaqmalçıığı ilə məşğul olduğu müəyyən edilən 4 nəfər saxlanılıb.
Qaçaqmalçıların istifadə etdiyi nəqliyyat vasitələri müsadirə edilib.
Şəbnəm Mehdizadə
