Türkiyənin Dənizli şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, toy karvanında gəlin maşını da daxil olmaqla 8 avtomobil toqquşub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Dənizli Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
