Məzmuna keç

Sloveniyada daşqınlarda ölənlərin sayı 6 nəfərə çatıb

Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İvanja kəndi ərazisindən keçən Temenica çayında daha bir nəfərin cəsədi tapılıb. Cəsədin ötən gün sel zamanı çuxura düşərək itən 35 yaşlı kişiyə məxsus olduğu açıqlanıb.

Sloveniyanın Ətraf-mühit Agentliyi leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib. Baş nazir Robert Qolob bəyan edib ki, daşqının ölkədə vurduğu ziyan 500 milyon avronu keçə bilər.

Ümümdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe "Twitter" səhifəsində Sloveniyadakı daşqınlarla bağlı paylaşımında, "İqlim böhranının sağlamlığa təsirləri ilə mübarizədə ölkələri dəstəkləyirik" – deyə bildirib.

Şəbnəm Mehdizadə