Məzmuna keç

Türkiyədə güclü partlayış olub, 10 nəfər yaralanıb

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı anbarda güclü partlayış baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Yerli vaxtla saat 14:40 meydana gələn partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Kocaeli valisi Seddar Yavuz, "Partlayışın gəmilərdən buğdanın daşınması zamanı toz sıxışması nəticəsində meydana gəldiyini ehtimal edirik", – deyə bildirib.

Şəbnəm Mehdizadə