Məzmuna keç

Dəfn mərasimindən qayıdarkən qəzaya düşdülər, 2 nəfər öldü

Türkiyənin Konya şəhərində ağır-yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Avtomobildə sıxışmış vəziyyətdə qalan sərnişinlər yanğınsöndürənlərin köməyi ilə xilas edilib. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya düşən şəxslər dəfn mərasimindən qayıdırmış.

Şəbnəm Mehdizadə