"Rusların Xerson vilayətinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 nəfər ölüb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib.
Onun sözlərinə görə, Rusiya ordusu son sutka ərzində minaatanlar, tanklar və PUA-larla 68 hücum həyata keçirib.
"Rusiya hərbçiləri Xersonun yaşayış məntəqələrini vurublar. Nəticədə 1 nəfər həlak olub, 13 nəfər yaralanıb", – Prokudin qeyd edib.
Şəbnəm Mehdizadə
