Artıq 20 000 ukraynalı əsgər Böyük Britaniyada təlim keçib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Böyük Britaniyanın "İnterflex" proqramı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 20 min hərbçisi təlim keçib. Bu təlimlər ukraynalı hərbçilərə Rusiyanın təcavüzünə qarşı ön cəbhədə effektiv mübarizə aparmaq üçün lazım olan bacarıqlar qazandırır. Böyük Britaniya Ukraynanı dəstəkləməkdə davam edir", – məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
