Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus dərəyə aşdı, 13 nəfər yaralandı

Türkiyənin Samsun şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə yuvarlanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çarşamba rayonunda baş verən qəzada 13 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Çarşamba Dövlət Xəstəxanasına çatdırılı və onlara tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə