Məzmuna keç

Türkiyədə mikroavtobus aşdı, 20 nəfər xəsarət aldı

Türkiyənin Manisa şəhərində mikroavtobus qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Turqutlu rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus beton arakəsməyə çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində nəqliyyat vasitəsində olan 20 nəfər xəsarət alıb.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Şəbnəm Mehdizadə