Məzmuna keç

İki ailə arasında silahlı atışma: 4 nəfər yaralanıb

Türkiyənin Mardin şəhərində silahlı insident baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Midyat rayonunda iki ailə arasında yaşanan mübahisə qanla bitib.

Belə ki, mübahisə zəmnində odlu silahdan atəş açılıb. Nəticədə 4 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə Midyat Dövlət Xəstəxanasına aparılıb. Onların ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı saxlanılanlar var.

Şəbnəm Mehdizadə