Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul polisi şəhərin 4 fərqli rayonunda eyni vaxtda əməliyyat keçirib.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib. Nəzarətə alınan 6 şübhəlinin istintaqı davam etdirilir.
Saxlanılan şəxslərin İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarını maliyyələşdirmək üçün sosial media platformaları vasitəsilə pul topladıqları bildirilir.
Şəbnəm Mehdizadə
