Məzmuna keç

Çində daşqınlarda ölənlərin sayı 33-ə çatıb

Çinin paytaxtı Pekində daşqınlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb.

İtkin düşən şəxslərin axtarışları davam etdirilir.

Son məlumatlara görə, 1 milyon 290 min nəfər seldən zərər çəkib. 59 min evin dağılıb, 147 min evə ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə