Cənubi Koreyada həddindən artıq istilər səbəbindən 27 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində mövsümi normaları aşan temperatur mənfi təsirlərini göstərməkdə davam edir. İstidən ölənlərin sayı 2018-ci ildən sonra ən yüksək rəqəmə çatıb.
Həddindən artıq istilərin yaratdığı xəstəliklərlə bağlı xəstəxanaya yerləşdirilənlərin sayı 2 058-ə çatıb. Xəstəxanaya müraciət edənlərin 30,9 faizinin 65 yaşdan yuxarı olduğu bildirilir.
Meteorologiya İdarəsi isti havanın təsirinin davam edəcəyi barədə xəbərdarlıq edib. Sentyabr ayına qədər istilərlə bağlı ölüm hallarının artacağı gözlənilir.
Şəbnəm Mehdizadə
