Türkiyədən Yunanıstana qaçmaq istəyən iki nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sərhəd qoşunları Ədirnə şəhərinin Meriç qəsəbəsi yaxınlığında qadağan olunmuş zonada qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən iki nəfəri yaxalayıb.
Saxlanılan şəxslərin FETÖ terror təşkilatı ilə əlaqələrinin olduğu məlum olub.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
