Ermənistanın sabiq yüksək rütbəli polis zabitləri 50 milyon dram (təxminən 128 min dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Məlumata görə, Armavir polis şöbəsinin rəisi 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb. Bu müqavilələrin yerinə yetirilməsi zamanı qanunsuzluqlara yol verilib.
Həmin müddət ərzində Baş Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsinə gələn 3 nəfər yeni rəhbərlər obyektlərin mühafizəsi üçün ödənilən vəsaitin bir hissəsinin onlara köçürülməsi barədə göstəriş verib.
