Məzmuna keç

Banqladeşdə daşqın və torpaq sürüşmələrinə görə 700 min nəfər köməksiz vəziyyətdə qalıb

Banqladeşin cənub-şərqində musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri səbəbiylə təxminən 700 min nəfər köməksiz vəziyyətdə qalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər təxliyyə olunmağı gözləyən bu insanların sığınacaq, təmiz su və qida ehtiyaclarının ən yüksək səviyyədə olduğunu bildirib.

Beş gündür elektrik verilməyən və torpaq sürüşmələri səbəbiylə yolların bağlandığı Bandarbanın musson yağışlarından ən çox təsirlənən bölgə olduğu bildirilir.

Çattogram, Bandarban, Rangamati və Cox Bazar bölgələrində cəmi 70 min nəfər xilas edilərək sığınacaqlara yerləşdirilib. Ucqar bölgələrdə xilasetmə əməliyyatlarına polislər də cəlb olunub.

Banqladeş Meteorologiya İdarəsi güclü yağışların bir neçə gün daha davam edəcəyini bildirib.

Xatırladaq ki, dünən Banqladeşdə daşqın və torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb.

Şəbnəm Mehdizadə