Məzmuna keç

Toya gedərkən qəzaya düşdülər, 3 nəfər öldü, 11 nəfər yaralandı

Türkiyənin Şanlıurfa şəhərində zəncirvari yol qəzasında 3 nəfər ölüb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Siverek rayonunda 3 avtomobilin toqquşması nəticəsində baş verən qəzada 11 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb.

Mikroavtobusdakı şəxslər toy şənliyində iştirak etmək üçün Siirtdən Qaziantepə gedirmiş.

Şəbnəm Mehdizadə