Türkiyənin Elazığ şəhərində çay evinə silahlı basqın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hərəkətdə olan avtomobildən çay evinə ov tüfəngi ilə atəş açılması nəticəsində 6 nəfər yaralanıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
