İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terror mübarizə əməliyyatı zamanı Fatih Uğur Altınbaş, Kemal Özek, Uğur Özdemir, Mahmut Üçdağ, Özkan Lale şəhid olub.
Bölgədə əməliyyatların davam etdiyi bildirilib.
"Bizi dərin acı və kədərə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət eləsin! Onların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, yaralılarımıza şəfa diləyirik!" – nazirliyin açıqlamasında qeyd olunub.
Şəbnəm Mehdizadə
