Məzmuna keç

Toyda kütləvi zəhərlənmə olub, 40 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Dənizli şəhərində toy şənliyində kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şadlıq saraylarının birində baş tutan mərasimdə təqdim olunan yeməklərdən yeyən qonaqlarda zəhərlənmə əlamətləri müşahidə olunmağa başlayıb.

Mədə ağrısı, ishal və başgicəllənmə şikayətləri xəstəxanaya müraciət edən 40 nəfərə tibbi yardım göstərilib. Qida zəhərlənməsi diaqnozu qoyulan xəstələrin vəziyyəti qənaətbəxşdir.

Şəbnəm Mehdizadə