Məzmuna keç

Türkiyədə güclü zəlzələ oldu, yaralananlar var –

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", – nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.

***

23.29

Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.

E-huquq.az xəbərə görə, bu barədə Malatya valisi Hulusi Şahin bildirib.

O, bir neçə nəfərin yaralandığını, lakin başqa dağıntıların olmadığını da vurğulayıb.

***

22.55

Bu gün Malatyada baş vermiş zəlzələ nəticəsində indiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin NTV-nin canlı yayımına telefonla bağlanaraq bildirib.

"İndiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb. Küçədə yoldan keçən bir uşaq ayağını sındırıb. O, xəstəxanaya aparılıb. Bir neçə dəfə eyvandan tullanma faktı var”, – deyə o qeyd edib.

22.04

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.