Məzmuna keç

Nigeriyada silahlı hücumda 21 nəfər ölüb

Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böhran Qurbanları və Qurtuluş Mərkəzinin rəhbəri Solomon Mvantiri məlumat verib.

O, Plato əyalətinin Barkin Ladi bölgəsində silahlı hücumda ölənlərin dəfn olunduğunu bildirib.

Xüsusi Hərbi Əməliyyat Qrupunun sözçüsü kapitan Ola Ceyms bölgəyə əsgərlərin göndərildiyini və vəziyyətin nəzarət altında olduğunu deyib.

Qeyd edək ki, Nigeriyanın Plato əyalətində vaxtaşırı bu tip hadisələr baş verir. baş verir. Ötən ay keçirilən əməliyyatlar zamanı 130 qanunsuz silah ələ keçirilib. Qubernator Caleb Mutfvanq son 3 ayda dini qarşıdurmalar zəminində 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə