Məzmuna keç

Banqladeşdə daşqınlarda 29 nəfər ölüb

Banqladeşdə musson yağışlarının səbəb olduğu daşqınlarda 29 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında azyaşlıların da olduğu bildirilir.

Təbii fəlakət nəticəsində 11 nəfər itkin düşüb. Daşqınların ölkəyə təxminən 128 min dollar maddi ziyan vurduğu ehtimal olunur. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Banqladeşdə iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən hər il minlərlə insan zərər çəkir.

Şəbnəm Mehdizadə