Nigeriyanın şimal-şərqində "Boko Haram" terror təşkilatının təşkil etdiyi hücumda 13 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular Borno əyalətinin Vulari kəndində hücum həyata keçirib.
Hücum zamanı 13 mülki vətəndaş həyatını itirib, xeyli sayda insan yaralanıb.
Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan "Boko Haram"ın təşkil etdiyi kütləvi hücumlarda on minlərlə insan həyatını itirib. Terrorçular 2015-ci ildən ölkənin sərhəd qonşuları olan Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Şəbnəm Mehdizadə
