Türkiyənin Qaziantep şəhərində silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər tərəfindən avtomobildən ətrafa ov tüfəngi ilə atəş açılıb. Hadisə nəticəsində 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis briqadaları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı cinayət işi başladılıb. Polis şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Şəbnəm Mehdizadə
