Məzmuna keç

İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri daha 2 PKK terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı Metina bölgəsində “Pəncə-Kilid” əməliyyatı çərçivəsində aşkarlanan 2 PKK terrorçusu zərərsizləşdirilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz terror yuvalarını yerlə-yeksan etməyə qətiyyətlə davam edəcək”, – deyə məlumatda bildirilib.

Şəbnəm Mehdizadə