Məzmuna keç

Türkiyədə ağır qəza, ölən və yaralılar var

Türkiyənin Ağrı şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 6 aylıq körpə ölüb, 16 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.

Yanğınsöndürənlər avtomobillərdə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıb. Yaralılar Ağrı Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə