Əfqanıstanın Host əyalətində otelə bombalı hücum edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Polisin verdiyi açıqlamaya görə, hücum Host şəhərinin mərkəzindəki Kari Zadran adlı oteldə baş verib.
Şahidlər hücum zamanı otelin içərisində "Pakistan Talibanı" qruplaşmasının üzvlərinin olduğunu iddia ediblər.
Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Şəbnəm Mehdizadə
