Məzmuna keç

Almaniyada əyləncə parkında bədbəxt hadisə: yaralılar var

Almaniyada əyləncə parkında bədbəxt hadisə baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətinin Rust şəhərində ölkənin ən böyük əyləncə parkı olan "Europark"da "Quldurların qayıdışı" dalğıc şousu zamanı səhnə və hovuz çöküb.

Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Lakin qəzanın baş verdiyi hissənin sabah yenidən ziyarətçilərin üzünə açılacağı bildirilib.

Qeyd edək ki, bu ilin iyun ayında "Europark"da baş verən yanğın zamanı təxminən 25 min insan parkdan təxliyə edilib.

Şəbnəm Mehdizadə