Məzmuna keç

Meksikada hissələrə ayrılmış 13 cəsəd aşkarlanıb

Meksikanın Verakruz əyalətində iki evdə soyuducularda 13 nəfərə aid olduğu ehtimal edilən hissələrə ayrılmış cəsədlər tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluq həmin cəsədlərin insan alveriçilərinin istifadə etdiyi mənzillərdə aşkarlandığıı açıqlayıb.

Baş prokuror Veronika Hernandez bildirib ki, meyitlər ekspertizaya göndərilib.

Faktla bağlı 6 nəfərin həbs edildiyi və istintaq tədbirlərinin davam etdiyi bildirilib.

Verakruz qubernatoru Kuitlahak Qarsia deyib ki, baş vermiş cinayət hadisəsi insan alveri ilə məşğul olan dəstələr arasındakı fikir ayrılığı səbəbindən baş vermiş ola bilər.

Meksikada adam oğurluğu ilə məşğul olan dəstələrin çox vaxt qurbanlarının cəsədlərini çətin tapılan qəbirlərdə heç bir iz buraxmadan basdırdıqları bildirilir. Ölkədə 110 mindən çox insan itkin kimi qeydiyyata alınıb.

Şəbnəm Mehdizadə