Məzmuna keç

İndoneziya sahillərində itən 6 nəfər xilas edilib

İndoneziya sahillərində itən 7 nəfərdən 6-sı xilas edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 13-də İndoneziyanın Açe əyaləti yaxınlığında yerləşən Banyak adalarına getmək üçün motorlu qayığa minən 17 nəfərlik heyətdən 7-i əlverişsiz hava şəraitində itkin düşüb.

Yerli axtarış-xilasetmə qrupunun rəhbəri, itkin düşən 4 Avstraliya və 2 İndoneziya vətəndaşının sağ tapıldığını, digər bir nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib.

Xilas edilən şəxslər müalicə üçün Pinanq adasına köçürülüb.

Şəbnəm Mehdizadə