Liviyanın paytaxtı Tripolidə iki gün davam edən qarşıdurmalarda 27 nəfər ölüb, 106 nəfər yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İlk Yardım və Dəstək Mərkəzi məlumat yayıb.
Ölənlərin mülki vətəndaşlar və ya münaqişə tərəflərindən olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Liviya Milli Birlik Hökuməti paytaxt Tripolidə iki gündür davam edən qarşıdurmalarda atəşkəs elan edildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
