Məzmuna keç

Sərxoş turistlər Eyfel qülləsində köməksiz vəziyyətdə qalıb

Fransanın paytaxtı Parisdə Eyfel qülləsində sərxoş turistlər köməksiz vəziyyətdə qalıblar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, içkili halda bilet alıb içəri girən ABŞ vətəndaşı olan 2 turist qüllədə yuxuladıqları üçün burada 1 gecə qapalı vəziyyətdə qalıblar.

Təhlükəsizlik əməkdaşları yanğınsöndürənlərin köməkliyi ilə 2 amerikalını qüllədən çıxararaq polis bölməsinə təhvil veriblər.

Polisə yaxın mənbələr bildirir ki, ABŞ-dan gələn 2 turist avqustun 13-nə keçən gecə daxil olduqları qüllədən çıxmaq istəyərkən baryerləri aşaraq ikinci və üçüncü mərtəbələr arasındakı qadağan olunmuş zonaya daxil olub və burada yuxuya gediblər.

Fransa mətbuatı prokurorluğun həmin şəxsləri təhlükəli olmadıqları səbəbilə sərbəst buraxdığını bildirib.

Şirkət hadisə ilə əlaqədar qüllənin 1 saat gec açıldığını qeyd edib.

Şəbnəm Mehdizadə