Məzmuna keç

Rusiyanın müharibədəki itkilərinin sayı açıqlandı

Rusiya Silahlı Qüvvələri Ukraynada daha 650 hərbçisini itib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın müharibədəki canlı qüvvə itkisinin 255 570 nəfərə çatdığı bildirilib.

Bundan başqa, Rusiya müharibədə 4 324 tank, 8 380 zirehli döyüş maşını, 5 152 artilleriya sistemi, 711 reaktiv yaylım atəş sistemi, 485 hava hücumundan müdafiə sistemi, 4 248 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 315 ədəd təyyarə, 314 helikopter, 1 404 qanadlı raketlər, 7 614 avtomobil və tanker, 773 xüsusi texnika və 18 gəmi/qayıq itirib.

Şəbnəm Mehdizadə