Türkiyənin Aydın şəhərinin Kuşadası rayonu sahillərində 40 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kuşadası sahillərində bir qrup qanunsuz miqrantın rezin qayıqla hərəkətdə olması barədə Sahil Mühafizə Komandanlığına məlumat daxil olub.
Əraziyə dərhal Sahil Mühafizə gəmisi göndərilib.
Miqrantlar xilas edilərək Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
