Türkiyənin Kocaeli şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində PKK-KCK/PYD/YPG tərkibində fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə silahlı terror təşkilatını təbliğ edən 6 nəfər saxlanılıb.
Müxtəlif ünvanlarda aparılan axtarışlar zamanı xeyli sayda rəqəmsal material ələ keçirilib.
Şəbnəm Mehdizadə
