Türkiyənin Muğla şəhərinin Datça rayonu sahillərində 14 qanunsuz miqrant xilas edilib
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, rezin qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən bir qrup miqrantın köməksiz vəziyyətdə qalması barədə Sahil Mühafizəsi Komandanlığına məlumat daxil olub. Əraziyə göndərilən Sahil Mühafizəsi əməkdaşları miqrantları xilas edib, miqrant qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər isə tutulub.
Bundan başqa, qeyri-qanuni yollarla xaricə getməyə çalışan 23 miqrant saxlanılıb.
Qeyri-qanuni miqrantlar lazımi prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
