Məzmuna keç

Türkiyədə iki avtobus toqquşub, 13 nəfər xəsarət alıb

Türkiyənin Aksaray şəhərində iki xidməti avtobus toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, işçiləri daşıyan avtobusların toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Təcili yardım maşınları ilə Aksaray Tədris və Araşdırma Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə