Məzmuna keç

Əyləci boşalan sərnişin avtobusu dənizə düşdü

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dənizə düşüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dayanacaqda park edilmiş avtobus əyləcin boşalması nəticəsində hərəkət edərək dənizə düşüb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Avtobus dənizdən çıxarılıb.

Hadisə zamanı avtobusun boş olduğu bildirilib.

Şəbnəm Mehdizadə