Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 35 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, miqrantların İraq, Suriya, Pakistan, İran, Mərakeş və Liviyadan gəldiyi məlum olub.
Həmin miqrantlar polis idarəsinə aparılaraq barələrində lazımi hüquqi prosedurlar həyata keçirildikdən sonra Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
