Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 20 nəfər saxlanılıb.
Saxlanılanlar arasında keçmiş əsgər və müəllimlər də var. Şübhəlilərin başqalarının adına kirayə tutduqları evlərdə qalaraq fəaliyyətlərini davam etdirdikləri müəyyən edilib.
Müxtəlif ünvanlarda keçirilən əməliyyatlarda külli miqdarda pul, rəqəmsal materiallar və 1 ədəd saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib.
Saxlanılan şəxslər əməliyyat-istintaq tədbirlərindən sonra məhkəməyə çıxarılacaq.
Şəbnəm Mehdizadə
