Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda qidadan kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, marketlər şəbəkəsinin 3 ayrı-ayrı filialında çalışan 17 nəfər qida zəhərlənməsi şübhəsi ilə ələmətləri ilə xəstəxanaya müraciət edib.
Hadisədən sonra Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən ictimai iaişə obyektində əməliyyat təşkil edilib.
Müəssisənin istehsal mərkəzinin yerləşdiyi Milas rayonunda da yoxlamalar aparılıb. Müəssisədən qida nümunələri götürülərək analiz üçün laboratoriyaya göndərilib.
Bodrum Kənd Təsərrüfatı və Meşə İdarəsinin əməkdaşları zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən 17 nəfəri ziyarət edərək onların vəziyyəti ilə maraqlanıb. Müalicəsi davam etdirilən şəxslərin vəziyyətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
