Məzmuna keç

Sərnişin avtobusu yanacaq tankerinə çırpıldı, 21 nəfər yaralandı

Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara-İzmir magistralının Salihli rayonunun ərazisində sərnişin avtobusu qırmızı işıqda gözləyən yanacaq tankerinə çırpılıb.

Hadisə nəticəsində 4-ü uşaq olmaqla 21 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım qrupları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

Avtobus sürücüsü saxlanılıb.

Şəbnəm Mehdizadə