Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 18:25-də, yerin təxminən 5.43 km dərinliyində baş verib.
