Məzmuna keç

Türkiyədə hərbçilər qəzaya düşdü, 5 nəfər xəsarət aldı

Türkiyənin Siirt şəhərində hərbçiləri daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, içərisində əsgər və mühafizəçilərin olduğu pikapın aşması nəticəsində 5 nəfər yaralanıb.

İlkin tibbi yardımdan sonra yaralılar Siirt Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların səhhətinin qənaətbəxş olduğu bildirilib.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə