Türkiyənin Bursa şəhərində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi kəşfiyyat tədbirləri nəticəsində İnegöl rayonunda qanunsuz miqrantların olduğu müəyyən edilib.
İki fərqli ünvanda keçirilən əməliyyat zamanı 20 qanunsuz miqrant tutulub.
Həmin şəxslərin Suriya vətəndaşı olduğu məlum olub.
Şəbnəm Mehdizadə
